Ebola virusundan ölənlərin sayı 3 091-ə çatıb, xəstəliyə yoluxanların sayı isə hazırda 6 574 nəfər təşkil edir.
APA-nın “Gazeta.ru”-ya istinadən xəbərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən ən acınacaqlı vəziyyət, əvvəlki kimi, Liberiyadadır.
Bu ölkədə ölənlərin sayı Sierra-Leone və Qvineyadan üç dəfə çoxdur.
Bundan əvvəl Ebola virusundan müdafiə üçün eksperimental vaksininin 2015 ilin əvvəlində hazır olacağı bildirilib.