APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bundan əvvəl, 1229 nəfərin öldüyü bildirilirdi. Ümumilikdə bu virusa 2240 yoluxma halı qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı Ebola xəstəliyinin yayılmasının beynəlxalq əhəmiyyətli təhlükə olduğunu etiraf edib.