Düşənbədə milisə növbəti hücum: ölən və yaralananlar var
05 sentyabr 2015 21:25 (UTC +04:00)

Düşənbədə milisə növbəti hücum: ölən və yaralananlar var

Tacikistanın paytaxtı Düşənbədə hüquq-mühafizə orqanlarının əməkdaşlarına növbəti silahlı hücum edilib. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Tacikistan DİN-dəki mənbə bildirib. “Naməlum şəxslərdən ibarət silahlı qrup Düşənbənin şərqində, Vəhdət şəhəri istiqamətindəki milis postunu atəşə tutub”, deyə mənbə bildirib. Hücum nəticəsində bir asayiş keşikçisi həlak olub, bir neçə nəfəri isə yaralanıb.   

 

Qeyd edək ki, sentyabrın 4-də Düşənbə aeroportu yaxınlığında silahlı şəxslər və milis arasında   atışma baş verib. Bundan başqa Düşənbədə milis şöbəsi silahlı hücuma məruz qalıb.

 

Məlumata görə, hücumlar Tacikistanın müdafiə nazirinin sabiq müavini  Cunaydullo Umarov tərəfindən təşkil olunub.  

 

Son məlumata görə, atışmalar zamanı ölənlərin sayı 44 nəfərə çatıb. Onlardan 33-ü Tacikistan DİN və Müdafiə Nazirliyinin əməkdaşları, 9 nəfəri isə  sabiq nazir müavinin silahlı dəstəsinin üzvüdür.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 309
avatar

Oxşar yazılar