Dünyanın ən kök modeli ikinci dəfə ana olacaq
28 yanvar 2016 02:46 (UTC +04:00)

Dünyanın ən kök modeli ikinci dəfə ana olacaq

Dünyanın ən kök modeli Tess Hollidey ikinci dəfə ana olacaq.

 

Lent.az-ın “axşam.az”-a istinadən məlumatına görə, avstraliyalı Nik Hollideylə sevgili olan “plus-size” model bunu “People” jurnalına açıqlamasında deyib: “Bu hamiləlik planlaşdırılmış şəkildə deyildi. Bunu ilk dəfə biləndə çox əsəbləşdim. Ancaq sonra sevinməyə başladım”.

 

30 yaşlı Tess əvvəlki münasibətindən dünyaya gələn 10 yaşlı oğlu Raylidən də danışıb: “Mən oğlumu 20 yaşımda dünyaya gətirdim. Onda başa düşmürdüm ki, necə edəcəyəm, heç kim uşağı saxlamağa kömək etmirdi. İndi isə çox xoşbəxtəm ki, analıq təcrübəm var və mənə dəstək olacaqlar”.

 

Qeyd edək ki, Tess Hollideylə Nik Hollidey 4 il əvvəl İnternetdə tanış olublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 225
avatar

Oxşar yazılar