1404.49 karat olan sapfir 175 milyon dollar dəyərində qiymətləndirilir.
Lent.az-ın “musavat.com”-a istinadən verdiyi məlumata görə, qiymətli daşa “Adam ulduzu” adı verilib. Hələ ötən ilin avqustunda Ratnapura əyalətində tapılan sapfirin sahibi adını və ona nə qədər vəsait ödədiyini anonim saxlayır.
“Əvəzsiz muzey eksponatı olan bu qiymətli daş o qədər böyükdür ki, zinət əşyaları üçün nəzərdə tutulan heç bir çərçivəyə sığmır”, - deyə sapfirin sahibi bildirib.
“Parlaq sapfirlər” növünə aid olan bu daş müəyyən emal proseslərindən sonra daha da parlaq olur ki, bu da onun dəyərli olduğunu göstərir. Daha bir qiymətli daş 2015-ci ilin noyabrında tapılıb. Bu XIX əsrin ən böyük almazı hesab olunur. Botsvanada çıxarılan almaz 111 karatdır. Almazın eni 6.5, hündürlüyü isə 5.6 sm-dir. Dünyanın ən böyük almazı 1905-ci ildə Cənubi Afrikada tapılıb. Bu almaz 3106 karat idi və İngiltərə kral ailəsinə aiddir.