Dünyada rusca danışanların sayı 120 milyon azalıb
10 iyun 2014 02:32 (UTC +04:00)

Dünyada rusca danışanların sayı 120 milyon azalıb

İyunun 9-da Rusiyanın dövlət başçısı Vladimir Putin prezident yanında Rus Dili Şurasının yaradılması haqda fərman imzalayıb.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, yeni quruma Putinin mədəniyyət üzrə müşaviri, “Yasnaya polyana” ev-muzeyinin direktoru Vladimir Tolstoy təyin olunub.

 

Şuranın 40-dan çox üzvü var. Qurumun məqsədi rus dilinin “dövlət dili kimi inkişaf etdirilməsi, müdafiəsi və ona dəstək verilməsi, həmçinin dövlət orqanlarının bu sahədə fəaliyyətinin səmərəliliyini artırmaqdır”. 

 

Rus Dili Şurasının rəhbəri Vladimir Tolstoy 1962-ci ildə Moskvada doğulub. Yazıçı Lev Tolstoyun kötücəsidir. Rusiya Jurnalistlər İttifaqının üzvüdür.

 

Rusiya təhsil nazirinin müavini Veniamin Kaqanov bildirib ki, dünyada rusdillilərin sayı azalır: “Son 20 ildə dünyada rusca danışanların sayı təxminən 120  milyon azalıb. Hazırda dünyada 260 milyon rusdilli var. Onların 140 milyon Rusiya ərazisindədir ”.

 

Mənbə xatırladıb ki, 2013-cü ilin noyabrında Rusiya hökuməti yanında Rus dili şurası yaradılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 866
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35