Rusiyanı Dövlət Duması terrorçuluğa qarşı mübarizədə Federal Təhlükəsizlik Xidmətinin (FTX) səlahiyyətlərini genişləndirilməsi və bir sıra cinayətlərə görə ömürlük cəza maddəsinin tətbiqi ilə bağlı qanun layihəsi ikinci oxunuşda qəbul edib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, “antiterrorçuluq” paketinə dair qanun layihəsini çeşidli fraksiyaları adından dumanın təhlükəsizlik komitəsinin sədri İrina Yarova təqdim edib.
Yeni layihəyə əsasən, “terrorçu yönlü” təşkilatda cinayət törədənlər, habelə bu istiqamətdə fəaliyyət göstərən qurumları maliyyələşdirənlər 15 ildən 20 ilədək azadlıqdan məhrum ediləcək.
Sənəddə kütləvi iğtişaş yaradanların sərt cəzalandırılması nəzərdə tutulub.