Ukraynanın Daxili İşlər Nazirliyi Donetsk vilayətinin şimalında yerləşən Svyatoqorsk şəhərinin qanunsuz silahlı qruplaşmalardan azad edildiyini bildirib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, nazirlik onu da qeyd edib ki, əməliyyat nəticəsində ölən və xəsarət alan olmayıb.
Məlumata əsasən, Svyatqorsk şəhəri Donetsk, Luqansk və Xarkov əyalətlərinin sərhədində yerləşdiyindən strateji ərazi sayılır.
Mənbə bildirib ki, hazırda şəhərə milis patrulları nəzarət edir.