Ukrayna pravoslav kilsəsinin Donetskdəki baş keşişi bəzilərinin mitinqə əllərində pravoslav ikonası çıxarmasını və siyasi şüarlar söyləməsini qınayıb.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, keşiş Konstantin vurğulayıb ki, kilsə “siyasi pravoslavlığı mühakimə edir”, başqa sözlə siyasi şüarları pravoslav postulatları arxasında gizlətməyə pis yanaşır.
“Donetsk və Mariupolun mitropoliti hesab edir ki, əgər Donbas əhalisi istəmirsə, heç kim və heç nə bizə öz evimizi dağıtmağa məcbur edə bilməz”-deyə, kilsənin təmsilçisi bildirib.
Mənbə xatırladıb ki, martın 30-da rusiyayönlülərin dəmiryolunu bağlamaları nəticəsində Lvov - Mariupol istiqamətində hərəkət edən qatar 20 dəqiqə gecikib. Həmin aksiyanın iştirakçılarından bəziləri əllərində ikona tutubmuş.