Ukraynanın Mariupol şəhərinin deputatı Aleksandr Yaroşenko bildirib ki, şəhərə Slavyansk və Kramatorskdan terrorçu dəstələri axışır.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, deputat şəhərdə baş verənlər haqda bunları deyib: “Separatçılar Mariupoldakı mərkəzi su qülləsini partladıb. Tezliklə şəhərdə su olmayacaq. Kiyev baş verənlər müdaxilə etməzsə, burada xaos yaranacaq”.
Məlumatlar əsasən, Ukraynanın bu şəhərində gərginlik artmaqdadır.