Fransanın “Komandant Biro” patrul gəmisi Liviya sahillərində üç qayıqdan 217 miqrantı xilas edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı həmçinin 2 qaçaqmalçı saxlanılıb.
Qayıqların problemlə üzləşdiyi bildirilsə də, konkret nə baş verdiyi barədə dəqiq məlumat yoxdur.
Xilas olunmuş miqrantlar və saxlanılan qaçaqmalçılar İtaliyanın müvafiq qurumlarına təhvil verilib.
Qeyd edək ki, Avropa İttifaqının aprel sammitində “Triton” əməliyyatının aylıq büdcəsini 10 mln avroyadək artırılmasına dair qərar qəbul olunub. “Triton” əməliyyatı İtaliyaya Afrikadan miqrant axınının öhdəsindən gəlməyə kömək edir və xilasetmə tədbirləri keçirir.