Suriyada fəaliyyət göstərən “Ceyş əl-İslam” silahlı qruplaşmasının silahlıları paytaxt Dəməşqi minaatanlardan atəşə tutub.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, mərmilərdən üçü Dəməşqin mərkəzindəki Beb-Tuma qədim məhəlləsinə düşüb. Nəticədə 2 qadın ölüb, daha 9 dinc sakin yaralanıb.
Şəhərin Rukn-ed-Din bölgəsində mərmilərin dini mərkəzə düşməsi 14 nəfərin xəsarət almasına səbəb olub. Onlardan 4-ün vəziyyəti ağır kimi qiymətləndirilir.
Dəməşq universitetinin atəşə tutulaması nəticəsində isə 3 tələbə yaralanıb.