İraqda səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu Ərbildə Şimali İraq Kürd Hökumətinin başçısı Məsud Bərzani ilə görüşüb. Lent.az-ın “Anadolu” agentliyinə istinadən xəbərinə görə, görüşdən sonra keçirilən mətbuat konfransında Əhməd Davudoğlu Türkiyənin kürd regionunun təhlükəsizliyi üçün istənilən dəstəyi verməyə hazır olduğunu bildirib: “Peşmərgənin Kobaniyə girişinə icazə verməyimiz əslində aramızdakı əlaqələrin yüksək səviyyədə olmasından xəbər verir”.