İranda işlətdiyi suça görə barəsində ölüm hökmü çıxarılan məhkumu asmaq üçün dar ağacına aparıblar.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən məlumatına görə, dar ağacı kəndirinin ilməyi boğazına keçirilən an zərərçəkənin ailəsi onu bağışlayıb.
Mənbə bildirib ki, hadisə aprelin 20-də Hörmüzqan əyalətindəki həbsxanalardan birində baş verib.
Bəndər - Abbas şəhər xəstəxanasının baş hakimi Həsən Mürsəlpur dar ağacından endirilən məhkumun sağlıq durumunun normal olduğunu deyib.
Xatırladaq ki, ötən həftə ana oğlunun qatilini ölümdən oxşar bağışlama ilə qurtarmışdı.
Beynəlxalq Əfv təşkilatının məlumatına əsasən, İran dünyada edam cəzasının ən çox icra edən 5 dövlətdən biridir. Məlumatda bildirilib ki, 2014-cü ildə iki qadın olmaqla 170 çox vətəndaş edam olunub.