Daha bir qondarma respublika Rusiyaya birləşmək istəyir - YENİLƏNİB
18 mart 2014 13:16 (UTC +04:00)

Daha bir qondarma respublika Rusiyaya birləşmək istəyir - YENİLƏNİB

0

Tanınmamış Dnestryanı respublikasının Ali Soveti Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə müraciət ünvanlayıb. APA-nın “Vedomosti”yə istinadən verdiyi məlumata görə, məqsəd Rusiya qanunvericiliyində tanınmamış respublikanın Rusiyaya birləşdirilməsinin mümkünlüyü üçün dəyişikliklər edilməsidir. 

 

Müraciəti Dnestryanı Ali Sovetinin sədri Mixail Burla imzalayıb.

 

Qeyd edək ki, 2006-cı ildə Dnestryanıda keçirilən referendumda əhalinin 97,2 faizi tanınmamış respublikanın Rusiyaya birləşməsinə səs verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2961

Oxşar yazılar