Daha bir ölkə sərhədlərini qaçqınların üzünə bağladı
20 sentyabr 2015 03:13 (UTC +04:00)

Daha bir ölkə sərhədlərini qaçqınların üzünə bağladı

Bolqarıstanın baş naziri Boyko Borisov ölkə sərhədlərinin “qeyri-qanuni miqrantların” üzünə bağlanıldığını bildirib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə  “OFFNews” nəşri məlumat yayıb.

 

Boyko Borisov ölkəyə yalnız qanuni əsaslarla girmək mümkün olduğunu qeyd edib. Borisov bildirib ki, rəsmi Sofiyanın xahişi ilə Türkiyə polisi və jandarmları qaçqınları Bolqarıstan sərhədindən 40 km aralıda saxlayır.  

 

Baş nazir əlavə edib ki, sərhəddən yalnız minik və yük avtomobilləri buraxılır və bunun sayəsində Aİ ölkələrinə keçməyə səy göstərən miqrant axınını az da olsa tənzimləmək mümkün olub.   

 

Qeyd edək ki, bundan əvvəl Bolqarıstan miqrantlara görə Türkiyə ilə sərhədə hərbçilərini göndərməyə başlayıb.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 228
avatar

Oxşar yazılar