Con Kerri: “Biz Türkiyənin narahatlığına hörmət etməliyik”
25 fevral 2016 22:54 (UTC +04:00)

Con Kerri: “Biz Türkiyənin narahatlığına hörmət etməliyik”

0

Amerika Ankaranın Suriya böhranının nizamlanması prosesinə dair narahatlıqlarını nəzərə alır və türkiyəli tərəfdaşlarla danışıqlar aparır.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Con Kerri Konqresdə dinləmələr zamanı bildirib.

 

“Biz bölgədəki həssas məsələlərdə Türkiyə üçün vacib olan xəttin pozulmaması məqsədi ilə  hazırda türklərlə cavab addımlara dair danışıqlar aparırıq və mən bunu edə biləcəyimizə əminəm.  Biz Türkiyənin narahatlığına hörmət etməliyik və edəcəyik. Mühüm olan odur ki, qısamüddətli perspektivdə qəbul olunan qərarlar  bölgədə uzunmüddətli perspektivdə problem yaratmasın”, deyə Kerri qeyd edib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 657

Oxşar yazılar