Ancelina Coli və Bred Pit sayca dördüncü uşağı övladlığa götürürlər.
Lent.az-ın “qafqazinfo”-ya istinadən məlumatına görə, aktyorlar Suriyadan olan 2 yaşlı oğlanı ailələrinə qatacaqlar. Həmin uşağı Coli BMT-nin xoşməramlı səfiri kimi Türkiyədə qaçqın düşərgəsində olarkən görüb.
Musanın həyatı aktrisanı təsirləndirib və o, oğlanı övladlığa götürməyə qərar verib.
“Musa onun boynundan qucaqladı. Coli isə oğlanı başından öpdü. Həmin gündən sonra onlar bir daha ayrılmadılar”-deyə düşərgədəki insanlardan biri açıqlama verib.
Hələ yanvarda Ancelina Coli “The New York Times”da İraq və Suriya haqqında məqalə yazmışdı.
Qeyd edək ki, 39 yaşlı Coli və həyat yoldaşı 51 yaşlı Bred Pit övladlığa 3 uşaq götürüb-kambocalı Meddoks, vyetnamlı Paks və Efiopiyadan olan Zaxar. Cütlüyün eyni zamanda 3 doğma uşağı da var.