Çində zəlzələ: ölən və yaralanlar var
07 oktyabr 2014 23:56 (UTC +04:00)

Çində zəlzələ: ölən və yaralanlar var

0

Bu gün axşam saatlarında Çinin cənub-qərbində baş vermiş güclü zəlzələ nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bir-birinin ardınca qeydə alınmış 3 zəlzələ Yunnan əyalətindəki Puer şəhəri yaxınlığında baş verib. Birinci 6,6 bal gücündə yeraltı təkan yerli vaxtla 21.49-da  (Bakı vaxtı ilə saat 18.49-da) qeydə alınıb.  İkinci 3,4 bal gücündə olan zəlzələ 15 dəqiqə sonra (hər ikisi yer səthindən 5 km dərinlikdə), üçüncü təkanlar isə  yerli vaxtla 22.38-də  (Bakı vaxtı ilə saat 19.38-də) 10 km dərinlikdə baş verib.    

 

Güclü təkanlar əyalətin inzibati mərkəzi sayılan Kunmin şəhərində də hiss olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 802

Oxşar yazılar