Çin polisi qadağan edilmiş yasaqlanmış “dünyanın sonu” haqqında şayiələr yayan quasi-xristian təriqətinin, “Rəbbin yenilməz qüvvə sahibi kilsəsi”-nin 25 üzvünü 8 il azadlıqdan məhrum edib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, onlar dövlət qanunlarını pozmaq məqsədi ilə cinayət təşkilat yaratmaqda təqsirlik bilinib.
Bu təriqətin təmsilçiləri ötən ay Çindəki restoranlardan birində qadın qətlindən sonra yenidən ölkə ictimaiyyətinin diqqətini özünə cəlb edib.
“Rəbbin yenilməz qüvvə sahibi kilsəsi” iki il öncə tanınıb. Onda onlar 2012-ci il dekabrın 21-də «dünyanın sonu» gələcəyini elan etmişdi.
Bu təriqət ötən əsrin 90-cı illərində təsis edilib, onun üzvləri hesab edir ki, İsa – Məsih Çin qadınların sifətində “təcəlla edəcək”.