Çində daşqın: 2,5 milyon sakin evsiz qalıb
18 iyul 2014 21:43 (UTC +04:00)

Çində daşqın: 2,5 milyon sakin evsiz qalıb

0

Çinin cənub-qərbi və mərkəz dairələrində torpaq sürüşməsi və daşqın nəticəsində 10 sakin ölüb.

 

Lent.az-ın “Sinxua” agentliyinə istinadən məlumatına görə, 10-dan çox insan itkin düşmüş sayılır. Milyonlarla sakin zərər çəkib.

 

Mənbə bildirib ki, təkcə ölkənin cənub-qərbində Quyçjou əyalətində 2,5 milyondan çox sakin evsiz qalıb, 122 minə yaxın insan köçürülüb.

 

İlkin hesablamalara əsasən, daşqın nəticəsində 234,9 milyon dollarlıq ziyan dəyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 796

Oxşar yazılar