Çində 640 milyonluq sərvətin sahibi edam ediləcək
25 may 2014 03:17 (UTC +04:00)

Çində 640 milyonluq sərvətin sahibi edam ediləcək

Çinin ən iri dağ-mədən şirkətlərindən birinin, “Hanlond Group”-unun yiyəsi Liu Han və qardaşı Liu Vey “mütəşəkkil cinayətlərdə və onu idarə etməkdə” ittiham olunublar.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, məhkəmə qardaşlar barəsində ölüm hökmü çıxarıb.

 

Liu Han 650 milyon dollarlıq sərvəti ilə ölkəsinin ən varlı 100 nəfərindən biridir. Mənbə bildirib ki, Hanın başqa bir özəlliyi Çin təhlükəsizlik naziri Zhou Yongkandla dostluq münasibətidir.

 

Məhkəmə Dui qardaşlarının var-dövlətin müsadirə edilməsi haqda da qərar çıxarıb.

 

Çin son illərin ən böyük mütəşəkkil cinayət işi və mafiya araşdırması kimi qəbul edilən bu istintaq nəticəsində 36 nəfər “basqın, adam oğurluğu və rüşvət” ittiham olunub. Onların 4-ünə ömürlük, 22-nə isə çeşidli müddət iş kəsilib. Onların arasında 3 dövlət məmuru davar. Məmurlar isə 11-16 il azadlıqdan məhrum edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1384
avatar

Oxşar yazılar