Çin hakimiyyəti Şərqi Türküstanda məmur və tələbələrin Ramazanda oruc tutmasını ötən il olduğu kimi bu il də yasaqlayıb.
Lent.az-ın Türkiyənin “yeniakıt” saytına istinadən məlumatına görə, mərkəzi Türkiyənin Kayseri şəhərində yerləşənə Doğu Türküstanlılar Dərnəyinin baş katibi və Dünya Uyğur Konqresi başçısının müavini Seyid Tümtürk bu qadağaya etirazını bildirib.
“Doğu Türküstan dünya müsəlmanlarının ən əzabkeş, ən çətin durumda olduğu bir yerdir. Doğu Türküstan Türk dünyasının islamı qəbul edən ilk bölgəsidir. Doğu Türküstan 1949-cu ilədək müstəqil dövlət olub. 65 ildir Çin bu dövləti işğal edib. O vaxtdan indiyədək Pekin uyğur türklərini sistemli şəkildə assimiliasiya etməkdədir. 65 ildir uyğur müsəlmanları Çinin bu siyasətinə qarşı mübarizə aparır”.
Çinin sosial işlər üzər nazirliyinin təmsilçisi orucun yasaqlanması ilə bağlı məsələni belə şərh edib: “Bəli, biz orucu yasaqladıq. Çünki Ramazan orucu insan sağlığına mənfi təsir göstərir, məhsuldarlığı aşağı salır. Ona görə də biz orucu qadağan etmişik”.
Mənbə bildirib ki, Çin hakimiyyətinin yasaqlarına baxmayaraq, Doğu Türksütan əhalisi cəza alacaqlarını bilərək, gizli də olsa ibadət edirlər.
S.Tümtürk deyib: “BMT, Avropa parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və beynəlxalq insan haqları təşkilatlarının Çinə Doğu Türküstanda törətdiklərinin qarşısını almaq “Dayan” demələrini tələb edirik ”.