Çin Pekindən ABŞ-a uzanacaq sürət qatarı layihəsi hazırlayır.
Lent. az-ın Türkiyənin NTV telekanalına istinadən məlumatına görə, Çin Mühəndislik Akademiyasının mütəxəssisi Vang Mingşu bildirib ki, Sakit okeanın da tikiləcək tunel Mancuriya - Sibir - Alyaska yarımadası – Kanada xətti ilə ABŞ-a yetişəcək.
Proqnoza əsasən, layihə dünyanın ən uzun, 3 min km-lik Transsibir dəmiryol xəttindən 10 min km uzun olacaq. Sərnişinlər saatda 350 km sürətlə hərəkət edəcək qatarla Çindən ABŞ-a 2 günə yetişə biləcək.
ABŞ, Kanada və Rusiya layihəyə hələ münasibət bildirməyib. Çinin daha üç fərqli beynəlxalq sürət qatar layihəsi mövcuddur.
Mənbə bildirib ki, onlardan biri Çinin Sican-Uyğur muxtar əyalətinin mərkəzi Urumçudan başlayır. Qazaxıstan - Özbəkistan - İran – Türkiyə xətti üzrə Almaniyaya qədər uzanan dəmiryol layihəsidir.