Çinin qərbində Sincan-Uyğur Muxtar Bölgəsində 9 uyğur “terrorçuluqda” ittiham edilib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Çinin dövlət informasiya vasitələrinin yaydığı məlumata əsasən onlar barəsində güllənmə hökmü çıxarılıb.
Bu məsələ ilə bağlı 81 nəfərin “cinayət işinə” baxılıb.
Çin hakimiyyəti uyğurları Sincan –Uyğur əyalətində baş verən “basqınlar və terror” olaylarında suçlayır.
Xatırladaq ki, uzun illərdir Çin hakimiyyəti tərəfindən uyğurların mili haqları tapdanır. Rəsmi Pekin əsasən uyğurlardan ibrət olan Uyğur əyalətində etnik tarazlığı dəyişmək məqsədi ilə bölgəyə çeşidli bəhanələrlə haanları yerləşdirir. Çin hakimiyyətinin bu sayaq fəaliyyətinə etiraz edənləri isə Pekin “terrorçu” adlandırır