Çimərlikdə 40 nəfəri öldürən terrorçu
28 iyun 2015 00:58 (UTC +04:00)

Çimərlikdə 40 nəfəri öldürən terrorçu

Britaniyanın Sky News telekanalı Tunisin Sus kurort şəhərində çimərlikdə 40 əcnəbi turisti qətlə yetirən terrorçunun şəklini dərc edib.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, şəkildə əynində qara mayka və şort  əlində isə “Kalaşnikov” avtomatı olan şəxs əks olunub. Şəkildə arxa planda silahlı tərəfə baxan 10-dək şəxs əks olunub.    

 

“O atəş açarkən özünü həddindən artıq sakit aparıb”, deyə telekanal şahidlərin sözlərini sitat gətirib. Onların sözlərinə görə, əraziyə daxil olan terrorçu silahı çimərlik çətirində gizlədib. Şahidlər həmçinin bildiriblər ki, terrorçu atəş açmağa başlayanda, yaxınlıqdakı tikilməkdə olan binada çalışan fəhlələr silahlını dayandırmaq məqsədilə binanın damından ona kərpic və daş parçaları atıblar.       

 

Qeyd edək ki, terrorçunun şəxsiyyəti müəyyənləşdirilib. Seyfuddin Ər-Rezki adlı bu şəxs 1992-ci ildə Tunisin Silyana əyalətində doğulub, subay olub. Onun 2011-ci ildə orta məktəbi bitirdiyi və texniki ixtisas üzrə instituta daxil olduğu bildirilir. 2014-cü ildə institutu bakalavr pilləsində bitirən Seyfuddin Ər-Rezki təhsilini magistraturada davam edib. Onun radikal dini qruplaşmaların üzvləri ilə sıx təmasda olduğu qeyd olunur.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 245

Oxşar yazılar