Cənubi Koreyada selfi çəkdirənlər 27 min dollar cərimə ödəyəcək
26 noyabr 2014 07:13 (UTC +04:00)

Cənubi Koreyada selfi çəkdirənlər 27 min dollar cərimə ödəyəcək

Cənubi Koreya hakimiyyəti selfi çəkilişləri üçün lazım olan ştativlərin satışını qadağan edib. Musavat-ın Lenta.ru saytına  istinadən verdiyi xəbərə görə, qadağaya səbəb alətin funksionallığı üçün gərəkli olan bluetooth modulunun ölkədə sertifikatlaşdırılmamasıdır. Qadağanı pozanları ciddi cəza gözləyir. Onlar 3 ilə qədər azadlıqdan məhrum etmə, eləcə də 27 min dollara yaxın pul cəriməsi gözləyir. Selfi üçün lazım olan ştativin məbləği 5 dollardan başlayır. Ondan tez-tez qrup avtoportretlərdə istifadə edilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 621
avatar

Oxşar yazılar