Cənubi Koreya Şimalın gəmisini saxlayıb
28 mart 2014 05:13 (UTC +04:00)

Cənubi Koreya Şimalın gəmisini saxlayıb

0

Cənubi Koreyanın patrul gəmisindən Şimali Koreyanın balıqçı gəmisinə xəbərdarlıq atəş açıldıqdan sonra onu saxlayıblar.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, olay iki ölkənin dəniz suları yaxınlığında baş verib.

 

Rəsmi Seulun təmsilçisi bildirib ki, şimali koreyalı balıqçılar Cənubi Koreyanın sularından çıxmaqla bağlı tələbə cavab vermədikdən sonra atəş açılıb.

 

Saxlanılan gəminin göyərtəsində üç balıqçı olub.

 

Mənbə xatırladıb ki, şimallı balıqçılar cənubluların öz ərazisi hesab etdiyi sularda tez-tez ov edirlər. Bu dəfə ki olayın gərginliyinə səbəb həm də Şimali Koreyanın orta radiuslu iki raketi buraxmasıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 585

Oxşar yazılar