Çelyabinskdə yüzə yaxın məhbus qiyam qaldırıb
09 dekabr 2014 10:30 (UTC +04:00)

Çelyabinskdə yüzə yaxın məhbus qiyam qaldırıb

0

Çelyabinskdəki 1 saylı istintaq təcridxanasında yüzə yaxın məhbus qiyam qaldırıb.

 

APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, mobil telefon aşkarlanan məhbuslardan biri kameradan çıxmaqdan imtina edib və digər məhbusları onu dəstəkləməyə çağırıb.

 

Gecə saat 1:30-da həmin məhbusdan xəbər çıxmadığını görə digər saxlanılan şəxslər qapıları döyəcləməyə, dəhlizə su axıtmağa, döşəkləri yandırmaqla tüstülənmə yaratmağa və müəssisə rəhbərliyinə itaətsizlik nümayiş etdirməyə başlayıb. Aksiyaya 30 kamerada saxlanılan 100-dək şəxs qoşulub. Onlardan 8 nəfəri özlərinə xəsarət yetirib. Onlara ilkin tibbi yardım göstərilib. Hüquq-mühafizə orqanları məhbuslara fiziki güc tətbiq edilmədiyini bəyan edib.

 

Hüquq müdafiəçiləri isə bildiriblər ki, qiyama səbəb dekabrın 8-də məhbuslara yemək, dərman verilməsinin və kameraların qızdırılmasının dayandırılması olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 378

Oxşar yazılar