CAR-da 200 min nəfər tətilə başlayacaq
27 iyun 2014 04:51 (UTC +04:00)

CAR-da 200 min nəfər tətilə başlayacaq

0

Cənubi Afrika Respublikası (CAR) metallurqlarının həmkarlar ittifaqı iyulun 1-dən 200 min nəfəri tətilə başlamağa çağırıb.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, tətilə metallurqlar və mühəndislər də qoşula bilər.

 

Tətilin energetika sənayesi, telekommunikasiya sahəsi, polad istehsalı və başqa iqtisadi sektoru əhatə edəcəyi gözlənilir.

 

Həmkarlar əmək haqlarının 12 faiz artırılmasına nail olmaq istəyir.

 

Xatırladaq ki, iyunun 25-də 5 ay tətil etmiş platin mədənləri işçilərinin aksiyası başa çatıb Onlar da əmək haqlarının artırılması tələbi ilə tətil etmişdi. Mədənçilərin bu aksiyası ölkə iqtisadiyyatına 2 milyard dollardan artıq ziyan vurub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 672

Oxşar yazılar