Buxarestdə gecə klubunda partlayış: 26 ölü - <span style="color:red;">YENİLƏNİB
31 oktyabr 2015 04:45 (UTC +04:00)

Buxarestdə gecə klubunda partlayış: 26 ölü - YENİLƏNİB

0

Rumıniyanın paytaxtı Buxarestdə gecə klubunda baş verən partlayış nəticəsində ölənlərin sayı 26-ya çatıb, 150 nəfər xəsarət alaraq xəstəxanalara yerləşdirilib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, xəsarət alanlardan 25-in vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Hadisə zamanı Buxarestin “Colectivу” gecə klubunda 300-dən çox insan olub. Partlayışdan sonra klubda yanğın başlayıb.

 

İlkin versiyaya görə, insident pirotexnikadan düzgün istifadə olunmaması nəticəsində baş verib.

 

***

 

Rumıniyanın paytaxtı Buxarestdə baş verən partlayış nəticəsində 25 nəfər ölüb, 88 nəfər xəsarət alıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə gecə klublarından birində qeydə alınıb.

 

Rumıniya daxili işlər nazirliyi faktı təsdiqləyib. İnsidentin təfərrüatları barədə hələ ki, məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 460

Oxşar yazılar