Səudiyyə Ərəbistanında neft və neft məhsullarının qiymətinin 50 faiz artırılmasına qərar verilib. Lent.az “Cihan” informasiya agentliyinə istinadən xəbər verir ki, dünyada ən böyük xam neft ixracatçılarından olan Səudiyyə Ərəbistanında neft məhsullarının qiymətlərinin qəfil artırılması ilə bağlı qərar Kral Salmanın rəhbərliyi ilə nazirlərin toplantısında verilib.
Qərar dekabrın 30-dan qüvvəyə minəcək və bütün növ neft mənşəli yanacaqlara eləcə də sürtgü yağları və digər məhsullar yarıbayarı bahalaşacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında 91 oktanlı benzin 0,45 rialdan 0,75 rialadək (təxminən 25 qəpik) bahalaşıb. 95 oktanlı benzin isə 0,90 rial (təxminən 30 qəpik) olub.