Britaniyanın Xarici İşlər Nazirliyi vətəndaşlarına Krıma səfər etməməyi məsləhət görüb. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, qurum Krımda olan Britaniya vətəndaşlarını təcili olaraq, yarımadanı tərk etməyə çağırıb.
«Nazirlik Krımda qalmaq istəyən vətəndaşlarına konsulluq xidməti göstərə bilmir» -deyə, Britaniya XİN bildirib.