BMT-nin təqdimatı ilə başqa dövlətlərə yardımın miqyası haqda siyahıda Britaniya dünya üzrə 6-cı yerdə olub.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, 2013-cü ildə krallığın xarici yardımı təxminən 3 dəfə artıb.
Mənbə bildirib ki, ötən il Britaniya beynəlxalq proqramlar çərçivəsində 19 milyard dollar xərcləyib.
Bu plan 1970-ci ildə BMT tərəfindən hazırlanıb, ancaq London onu ilk dəfədir bütövlükdə yerinə yetirib.