Braziliyada bir qrup hindu sivilizasiya ilə ilk dəfə təmasa girib
01 avqust 2014 02:12 (UTC +04:00)

Braziliyada bir qrup hindu sivilizasiya ilə ilk dəfə təmasa girib

İndiyədək sivilizasiya təmsilçiləri  ilə heç bir təmasda olmayan bir qrup hindu təcriddən çıxaraq, xarici aləmlə əlaqəyə girib.

 

Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, bu xəbəri Braziliya mili Hindu Fondu yayıb.

 

Təmas Braziliyanın Akr ştatının Peru ilə sərhədi yaxınlığında, Ənvir çayı sahilində baş verib. Cəngəllikdəki hinduları sivilizasiya ilə çoxdan tanış olan aşaninklər tayfası qarşılayıb.

 

Yarıçılpaq vəziyyətdə onları qarşılayaraq, əllərindəki banan dəstəsini təcriddə qalanlara veriblər. Ehtiyat davranaraq, verilən payı alıblar.

 

Alimlər hesab edir ki, bu hindular panoan dil ailəsinə aiddirlər.

 

Braziliyanın Amazoniya bölgəsində sivilizasiyadan ayrı yaşayan 80-ə yaxın belə hindu qrupu var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2166
avatar

Oxşar yazılar