Braziliya prezidenti korrupsiya işi üzrə məhkəməyə çağırılacaq
28 dekabr 2014 05:37 (UTC +04:00)

Braziliya prezidenti korrupsiya işi üzrə məhkəməyə çağırılacaq

0

Braziliya prezidenti Dilma Ruseff  korrupsiya ilə bağlı iş üzrə şahid qismində ifadə vermək üçün məhkəməyə çağırıla bilər. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə La Segunda nəşri məlumat yayıb. Belə olacağı təqdirdə  prezidentin  Petrobras dövlət enerji şirkəti ilə bağlı iş üzrə ifadə verəcəyi ehtimal olunur.  

 

Dilma Ruseffin  və maliyyə naziri Qidu Manteqanın Petrobras konsernində şəxsi maraqlarının olduğu bildirilir.

 

Dövlət başçısının ifadə verib-verməyəcəyi barədə məlumat verilmir, hələlik yalnız onun məhkəməyə çağırılan şəxslərin siyahısına daxil edildiyi məlumdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar