Böyük Britaniyanın parlamenti İŞİD-in Suriyadakı mövqelərinə hava zərbələrinin endirilməsinə razılıq verib
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 397 parlament üzvü qərarın lehinə, 223-ü əleyhinə səs verib.
Beləliklə, Böyük Britaniya İraqda terrorizmə qarşı beynəlxalq koalisiyaya qoşulub. Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond bildirib ki, əməliyyat dekabrın 3-dən etibarən başlaya bilər.
Xatırladaq ki, 2014-cü ilin sentyabrında Böyük Britaniya parlamenti İraqdaki İŞİD mövqelərinə aviazərbələrin endirilməsinə razılıq verib.