Böyük Britaniyanın parlamenti “İslam dövləti”nin mövqelərinə hava zərbələrinin endirilməsinə səs çoxluğu ilə razılıq verib.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, 524 parlament üzvü qərarın lehinə, 43-ü əleyhinə səs verib.
Beləliklə, Böyük Britaniya İraqda terrorizmə qarşı beynəlxalq koalisiyaya qoşulub.
Bundan əvvəl Böyük Britaniyanın baş naziri Devid Kemeron “İslam dövləti” qruplaşması ilə müharibənin illərlə davam edə biləcəyini qeyd edib.