Bosniya əhalisinin bir milyondan çoxuna daşqın ziyan vurub
20 may 2014 06:03 (UTC +04:00)

Bosniya əhalisinin bir milyondan çoxuna daşqın ziyan vurub

Mayın 19-da Bosniya hakimiyyəti bildirib ki, daşqın nəticəsində ölkə əhalisinin bir milyonuna çeşidli dərəcədə ziyan dəyib.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, 4 milyon əhalisi olan ölkədə baş verən təbii fəlakətin vurduğu ziyanı 1990-cı illərin birinci yarısında, Serbiyanın Bosniyaya qarşı savaşı ilə müqayisə edirlər.

 

Daşqının qurbanlarının sayı 40-ı keçib. Bosniyada yüz mindən artıq ev su altında qalıb.  500 min nəfər öz evini tərk edib.

 

Qonşu Serbiyada da vəziyyət ağır olaraq, qalmaqdadır.

 

Hər iki dövlətin rəhbərliyi yardım üçün dünyaya müraciət edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 704
avatar

Oxşar yazılar