Bolqarıstan məhkəməsi din xadimi Əhməd Musanı «radikal islamı» təbliğ etdiyi üçün bir ilə azadlıqdan məhrum edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, «dini əsasda kin və nifrət yayaraq demokratiyaya qarşı çıxmaqda» suçlu bilinib.
O, həmçinin Səudiyyə Ərəbistanına bağlı radikal «əl-Vəqf əl - İslami» islamçı qrupa üzv olmaqda mühakimə edilib.
Qrupun daha 12 üzvü «radikal islamı təbliğ» etdiyi üçün «cəzalandırılıb». Onların ikisinə şərti iş verilib, qalanı isə cərimələnib.
Bolqarıstanın cənubunda Bazarcıq şəhərində müsəlmanlar məhkəmənin qərarına etiraz edib. Bolqar milliyyətçiləri isə hakimin hökmünü dəstəkləyiblər.