BMT TŞ Ukraynanın ərazi bütövlüyünü dəstəklədi - <span style="color:red;">YENİLƏNİB
01 mart 2014 07:05 (UTC +04:00)

BMT TŞ Ukraynanın ərazi bütövlüyünü dəstəklədi - YENİLƏNİB

0

BMT TŞ Ukraynanın ərazi bütövlüyünü dəstəklədi

BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası Ukraynanın ərazi bütövlüyünü müdafiə edərək, tərəfləri siyasi dialoqa çağırıb və Budapeşt memorandumu daxil olmaqla, beynəlxalq sazişlərə əməl olunmasının vacibliyini qeyd edib.


 

Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, «İnterfaks» bildirib ki, bu haqda BMT-nin Təhlükəsizlik Şurasında Litvanın daimi nümayəndəsinin müavini Rita Kazragiene deyib.

 

«Təhlükəsizlik Şurası Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirərək, tərəfləri münaqişəni siyasi yolla nizama salmağa çağırıb» - deyə, litvalı diplomat bildirib.

 

***

22.05

BMT Təhlükəsizlik Şurası (TŞ) Ukraynadakı vəziyyəti müzakirə etmək üçün toplanacaq.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən, yığıncaq martın 1-də Bakı vaxtı ilə gecə 00.00-dan sonra (Nyu-York vaxtı ilə saat 15-də) başlayacaq.

 

Toplantı və müzakirə olunacaq məsələ ilə bağlı BMT baş katibinin təmsilçisi Martin Nesirki jurnalistlərə açıqlamasında bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 862

Oxşar yazılar