BMT TŞ “Boeing-777”-nin vurulmasının araşdırılmasını istəyib
18 iyul 2014 23:06 (UTC +04:00)

BMT TŞ “Boeing-777”-nin vurulmasının araşdırılmasını istəyib

0

BMT Təhlükəsizlik Şurası Malayziya təyyarəsinin qəzasının səbəbini tam və müstəqil araşdırmağa çağırıb.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə,  iyulun 18-də Nyu -Yorkda  toplanan Təhlükəsizlik Şurası bütün tərəfləri qəzanın baş verdiyi yerə mütəxəssislərin sərbəst getməsinə imkan yaratmağa çağırıb.

ABŞ rəsmiləri əmindirlər ki,  iyulun 17-də Ukrayna üzərində sərnişin təyyarəsini rusiyayönlü terrorçular vurub.

 

 Qəza nəticəsində  298 nəfər (280 sərnişin, 15 ekipaj üzvü) həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 747

Oxşar yazılar