BMT-nin baş katibi Pan Gi Mun ötən gün Vyanada keçirilən konfrans zamanı təşkilatçılara minnətdarlıq edərkən Avstriya və Avstraliyanı dəyişik salıb.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, Pan Gi Mun yanlışlıqdan 20 dəqiqə sonra başqa bir konfransa qatılıb və üzr istəyib. O, sarkazmla əlavə edib ki, “Avstriyada kenquru olmadığını” yaxşı bilir.
Qeyd edək ju, Avstriyaya gələn bir çox turistlər Avstraliyada olduqlarını düşünürlər. Bundan suvenir satıcıları istifadə etmək qərarına gəliblər. İndi Avstriyada üzərində “There are no kangaroos in Austria” ("Avstriyada kenquru yoxdur”) yazılan futbolkaları satışda çox görmək olur.