BMT mütəxəssisləri İranın Sudana silah göndərdiyini təsdiqləyib
29 iyun 2014 05:11 (UTC +04:00)

BMT mütəxəssisləri İranın Sudana silah göndərdiyini təsdiqləyib

0

BMT mütəxəssisləri bildirib ki, İsrail hərbçiləri tərəfindən saxlanılan və göyərtəsində silah olan “Klos-C” gəmisi beynəlxalq sanksiyaları pozaraq, İrandan göndərilib.

 

Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, bu xəbəri “Röyter” yayıb.

 

BMT təmsilçiləri İsrail xüsusi xidmət orqanlarının irəli sürdüyü “silah Qəzza zolağına göndərilirmiş” fikri ilə razılaşmayaraq, bildiriblər ki, bu yük Sudana aparılırmış.

 

Məlumata əsasən, göyərtəsində 20 konteyner silah olan gəmi İranın Bəndər-Abbas limanında İraqın “Ümm-Qəsr limanına, oradan isə Port Sudana getməli imiş. İraqda gəmiyə 50 konteyner sement yüklənib.

 

İsrailin Hərbi Dəniz Qüvvələri onu Qırmızı dənizdə Sudana çatmamış ələ keçirib.

 

Baş verən olayla bağlı araşdırma aparan BMT mütəxəssisləri bildirib ki, İran Təhlükəsizlik Şurasının qətnaməsi ilə bağlı öhdəliyini pozub.

 “Klos-C” Suriya istehsalı olan 40 “M302” raketi, habelə 120 mm çapında 181 minatan, 400 min 7,62 mm çapında güllə aşkarlanıb.

 

Xatırladaq ki, İsrailin “13-cü donanması”nın döyüşçüləri bu il martın 5-də Panama bayrağı altında üzən gəmini Eritreyə sahillərindən 150 km aralı saxlayıblar. Tehran hakimiyyətin baş verən hadisənin onlar aidiyyəti olmadığın bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 866

Oxşar yazılar