BMT baş katibinin müavini Moskva və Kiyevə səfər edəcək
23 iyul 2014 22:43 (UTC +04:00)

BMT baş katibinin müavini Moskva və Kiyevə səfər edəcək

BMT baş katibinin müavini Ceferi Feltman Ukraynanın şərqindəki böhranın tənzimlənməsi yollarının aranması üçün Moskva və Kiyevə səfər edəcək.

 

Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, bunu qurumun təmsilçisi Fərxan Hak bildirib.

 

“Fikrimcə, səfər istirahət günü başlayacaq. Bununla prosesin irəliləməsinə cəhd ediləcək” -deyə, o, söyləyib.

 

 

Feltman Moskva və Kiyevə səfər edəcəyini BMT Təhlükəsizlik Şurasının bir həftə öncəki toplantısında bildirib. Onun sözlərinə görə, bu səfəri BMT baş katibi Pan Ge Munun istəyi ilə gerçəkləşdirəcək.

 

Rusiya və Ukrayna hələlik məsələyə rəsmi münasibət bildirməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 428

Oxşar yazılar