BMT: Suriyada 200 minə yaxın insan ölüb
16 dekabr 2014 01:51 (UTC +04:00)

BMT: Suriyada 200 minə yaxın insan ölüb

Suriyada 2014-cü ilin əvvəlində ölənlərin sayı ikiqat artaraq 200 minə çatıb.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT Təhlükəsizlik Şurasının iclasında qurumun Baş katibinin müavini Valeri Amos bəyan edib.

 

Onun sözlərinə görə, hökumət qüvvələri və silahlı müxalifət arasında aparılan döyüş əməliyyatları nəticəsində 1 milyona yaxın insan yaralanıb. “Bu rəqəmlər durmadan artır”, deyə V.Amos vurğulayıb.

 

BMT-nin hesablamalarına görə, hazırda 12 milyondan çox suriyalının humanitar yardıma ehtiyacı var.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 176
avatar

Oxşar yazılar