BMT-nin baş katibi Pan Ki Mun Ukraynanın müdafiə etmədikləri üçün qərb dövlətlərini ittiham edib.
Lent.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, Haaqada keçirilən toplantıdakı çıxışında Ban Ki Mun Ukrayna böhranının ağır nəticələri ola biləcəyini qeyd edib.
Baş katib bildirib ki, 1994-cü ildə imzalanan Budapeşt memorandumuna görə, ərazi bütövlüyü və suverenliyinin təminatı qarşılığında Ukrayna sovetlərdən qalma nüvə ehtiyatından imtina edib. O, həmin sənədi ABŞ, Britaniya və Rusiyanın imzaladığını da vurğulayıb.
Baş katib Krımla bağlı baş verənlərə işarə vuraraq, Ukrayna ilə bağlı götürülən öhdəliyin bu yaxınlarda pozulduğunu söyləyib.