Bleyrin 29 yaşlı oğlu siyasətə qoşulur
13 aprel 2014 03:26 (UTC +04:00)

Bleyrin 29 yaşlı oğlu siyasətə qoşulur

Britaniyanın keçmiş baş naziri Toni Bleeyrin oğlu Evan parlament seçkində namizədliyini irəli sürmək niyyətindədir.

 

Lent.az-nı “İTAR-TASS”-a istinadən məlumatına görə,Evan Bleyr 2015-ci ilin mayında keçiriləcək parlament seçkilərində Leyboristlər Partiyasından  namizəd göstərilməyə çalışır.

 

Mənbə bildirib ki, 29 yaşlı Evanın siyasətə gəlməsi  solçu leyboristlər tərəfindən etirazla qarşılanıb.

 

“Liverpulun əks-sədası” adlı qəzet baş nazirin oğlunun iddiasını belə dəyərləndirib: “Bu zarafat deyilsə, onda fəlakətdir”.

 

Londonda çıxan “Daily Mail” qəzeti isə Evanın istəyi haqda bunu yazıb: “Görünür, Evan Bleyr “Morgan Stanley” bankından istefa verib və öz siyasi karyerasını qurmaqla məşğuldur”.

 

Evan Bleyr Vaşinqtonda Respublikaçılar Partiyasının strukturlarında işləyib və orada təcrübə keçib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 729
avatar

Oxşar yazılar