ABŞ alimləri smartfornlar üçün bir dəqiqədə tam enerji ilə yüklənə biləcək alüminium batareya icad ediblər.
AZƏRTAC Reuters xəbər agentliyinin saytina istinadla xəbər verir ki, Stanford universitetinin mütəxəssisləri bu batareyanın ərsəyə gəlməsi üçün uzun müddət çalışıblar. Tez yüklənən yeni batareya təhlükəsizdir və uzun müddət enerji saxlaya bilir.
Mütəxəssislərin sözlərinə görə, batareya iki elektroddan ibarətdir. Onlardan birini müsbət yüklənmiş katod, digərini isə alüminiumdan hazırlanmış mənfi anod təşkil edir.