Bin Ladənin kürəkəni terrorçuluğu dəstəkləməkdə suçlu bilinib
26 mart 2014 20:21 (UTC +04:00)

Bin Ladənin kürəkəni terrorçuluğu dəstəkləməkdə suçlu bilinib

0

Nyu-York məhkəməsi Üsamə bin-Ladənin kürəkəni Süleyman Əbu Geyti terrorçuluq fəaliyyətinə görə mühakimə edib.

 

Lent.az-ın «Gazeta.ru»-ya istinadən məlumatına görə, bu xəbəri «Röyter» yayıb.

 

Əbu Geyt bir müddət «əl-Qaidə»Nin mətbuat katibi vəzifəsində çalışıb. O, ABŞ vətəndaşlarının qətli məqsədi ilə terrorçulara maddi yardım etməkdə suçlu bilinib.

 

Bu ittihamlara əsasən, bin Ladənin kürəkənini həbs cəzası gözləyir.

 

Onun məhkəmə prosesi 2014-cü il martın 4-dən başlayıb.

 

Ötən həftə o, 2001-ci il sentyabrın 11-də baş vermiş məlum terror olayından sonra bin Ladənlə görüşdüyünü etiraf edib.

 

Əbu Geyd bu ilin martında ABŞ-ın xüsusi xidmət orqanları tərəfində İordaniya ərazisində tutulub.

 

48 yaşlı Süleyman bin Ladənin böyük qızı Fatmənin həyat yoldaşıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 798

Oxşar yazılar